...

Zakir Həsənov Sloveniyaya səfər edəcək

Siyasət Materials 28 Yanvar 2015 11:24 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Sloveniyaya səfəri çərçivəsində iki ölkənin hərbi əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunacaq.
Zakir Həsənov Sloveniyaya səfər edəcək

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir Anaxanım Hidayətova/

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Sloveniyaya səfəri çərçivəsində iki ölkənin hərbi əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunacaq. Bu barədə Trend-ə Sloveniyanın Azərbaycandakı səfiri (iqamətgahı Ankarada yerləşir) Milan Yazbeç deyib.

Diplomatın sözlərinə görə, səfər martın 11-13-də baş tutacaq. Səfər çərçivəsində Azərbaycanın müdafiə naziri sloveniyalı həmkarı Yanko Veberlə görüş keçirəcək: "Habelə Azərbaycan müdafiə nazirinin Sloveniyanın Prezidenti və Baş naziri ilə görüşü də planlaşdırılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti