...

Serj Sarkisyana məsləhət: havada pərvaz etmək qartalların işidir, qarğaların yox

Siyasət Materials 29 Yanvar 2015 19:00 (UTC +04:00)
Ermənistan Prezidenti Serj Sarkisyanın Azərbaycana qarşı asimmetrik cavab tədbiri uğursuzluğa düçar oldu.
Serj Sarkisyana məsləhət: havada pərvaz etmək qartalların işidir, qarğaların yox

Azərbaycan xərbərlər xidməti

Məftun Salmanov - Trend:

Ermənistan Prezidenti Serj Sarkisyanın Azərbaycana qarşı asimmetrik cavab tədbiri uğursuzluğa düçar oldu. Son dövrlər qoşunların təmas xəttində baş vermiş hadisələrə görə Azərbaycanı asimmetrik tədbirlər görüləcəyi ilə hədələyən Sarkisyan Silahlı Qüvvələrimizin mövqelərinə pilotsuz uçuş aparatı göndərdi.

Ancaq Serj Sarkisyan bir şeyi unutmuşdu ki, ermənilər göylə gedə bilmirlər. Yəqin onun ötən il noyabrında hərbçilərimiz tərəfindən vurulmuş erməni helikopteri yadından çıxıb. Hava məkanımızı pozmuş helikopterin məhv edilməsi 3 erməni əsgərin ölümü ilə nəticələnmişdi.

Düzdür, Ermənistan bu dəfə daha "ağıllı" tərpənərək üstümüzə içində hərbçinin olmadığı pilotsuz uçuş aparatı göndərdi. Görünür, cəbhə xəttində son itkilər Yerevanı ağıllandırıb. Amma ermənilərin havaya qaldırdığı aparat Silahlı Qüvvələrimiz tərəfindən asimmetrik olaraq yerə endirildi.

Havada pərvaz etmək qartalların işidir, qarğaların yox.

Ermənistan SQ-yə məxsus pilotsuz uçuş aparatının vurulması başqa həqiqətləri də üzə çıxartdı. Bu fakt ordumuzun quruda və havada düşməndən qat-qat üstün olduğunu bir daha sübut etdi. Ordumuz quruda ermənilərin canlı, havada isə "cansız" qüvvələrinə aman vermir.

Azərbaycanla müqayisədə istifadəsində daha müasir silahların olması ilə öyünən Ermənistan mat vəziyyətindədir. Ermənistanın müasir silahları vurulmuş hərbi hava vasitələridirmi? Müasir silahlara sahib ola bilərsən, amma onu təyinatı üzrə istifadə etmək hər bir ölkənin işi deyil.

Digər tərəfdən, görünür, Ermənistan artıq öldürülmüş erməni əsgərlərin qisasını almağa adam tapa bilmir. Buna görə də bu işə robotlar cəlb edilir. Cəbhə xəttində son itkilər Ermənistan rəhbərliyinin "qaşlarını çatdırıb".

Rəsmi Yerevan başa düşür ki, itkilərin çoxalması ölkədə antihökumət ruhunu daha da gücləndirəcək. Buna görə də mövqelərimizə robot göndərir. Robot da erməni əsgər kimi bu torpaqlara qarşı heç nə hiss etmir.

Ermənistan üçün ən ağıllı variant əsgər və ya robot göndərmək əvəzinə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməkdir. Təəssüf ki, Serj Sarkisyan bunu dərk edəcək qədər ağıllı deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti