...

Azərbaycanın siyasi partiyaları və QHT-ləri birgə müzakirələr keçirəcək

Siyasət Materials 29 Yanvar 2015 17:38 (UTC +04:00)
Azərbaycan Sosial Rifah Partiyası digər siyasi partiyalar və QHT-lərlə birlikdə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2015-ci il yanvarın 27-də keçirilən konfransın qarşıya qoyduğu vəzifələrlə əlaqədar tədbir keçirəcək.
Azərbaycanın siyasi partiyaları və QHT-ləri birgə müzakirələr keçirəcək

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

Azərbaycan Sosial Rifah Partiyası digər siyasi partiyalar və QHT-lərlə birlikdə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2015-ci il yanvarın 27-də keçirilən konfransın qarşıya qoyduğu vəzifələrlə əlaqədar tədbir keçirəcək.

Trend-in məlumatına görə, toplantı "Müasir Azərbaycanın unikal inkişaf modeli və tarixi erməni təcavüzünün beynəlxalq qiymətləndirilməsinin reallıqları" mövzusundadır.

Fevralın 3-də "Atatürk" Mərkəzində baş tutacaq konfransda 2004-2014-cü illərdə Azərbaycanda görülmüş işlərin nəticələri, ölkə ictimaiyyəti tərəfindən dəstəklənməsi və tarixi erməni təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların beynəlxalq qiymətləndirilməsi məsələləri müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti