...

Prezident: Gülən hərəkatı ilə mübarizə Türkiyənin milli siyasətidir

Siyasət Materials 30 Yanvar 2015 12:01 (UTC +04:00)
Türkiyə üçün Fətullah Gülənin həbs olunaraq ölkəyə ekstradisiya edilməsi son dərəcə vacibdir.
Prezident: Gülən hərəkatı ilə mübarizə Türkiyənin milli siyasətidir

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə üçün Fətullah Gülənin həbs olunaraq ölkəyə ekstradisiya edilməsi son dərəcə vacibdir. Trend xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan "TRT Haber" televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, Gülən hərəkatı ilə mübarizə Türkiyənin milli siyasətidir.

Ərdoğanın sözlərinə görə, Türkiyə və ABŞ-ın ikitərəfli münasibətləri üçün Gülənin həbs olunaraq ölkəyə ekstradisiya edilməsi son dərəcə vacibdir.

Bir müddət əvvəl Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Fətullah Gülən hərəkatının Türkiyədə islam inqilabı planlaşdırdığını bəyan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti