...

Xocalı soyqırımının ildönümü ilə əlaqədar CAR ictimaiyyətinə və dövlət orqanlarına bəyanat ünvanlanıb

Siyasət Materials 23 Fevral 2015 19:18 (UTC +04:00)
Bu gün Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyinin təşəbbüsü ilə bu ölkədə fəaliyyət göstərən "Azərbaycanın Dostları İctimai Təşkilatı"nın sədri Cəmil Məmmədalizadə tərəfindən Xocalı soyqırımının iyirminci üçüncü ildönümü ilə əlaqədar CAR ictimaiyyətinə və dövlət orqanlarına bəyanat ünvanlanıb.
Xocalı soyqırımının ildönümü ilə əlaqədar CAR ictimaiyyətinə və dövlət orqanlarına bəyanat ünvanlanıb

Azərbaycan, Bakı, 23 fevral /Trend/

Bu gün Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyinin təşəbbüsü ilə bu ölkədə fəaliyyət göstərən "Azərbaycanın Dostları İctimai Təşkilatı"nın sədri Cəmil Məmmədalizadə tərəfindən Xocalı soyqırımının iyirminci üçüncü ildönümü ilə əlaqədar CAR ictimaiyyətinə və dövlət orqanlarına bəyanat ünvanlanıb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, bəyanatda Xocalının işğal olunma tarixi və ağır nəticələri haqqında geniş məlumat verilib və Xocalıda azərbaycanlılara qarşı soyqırım həyata keçirildiyi vurğulanıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ümumi məlumat əks olunan bəyanatda, həmçinin bu problemin hazırkı günədək öz həlli yolunu tapmadığı bildirilib və Azərbaycanın münaqişənin həlli ilə bağlı ədalətli mövqeyi təqdim edilib.

Bəyanata, eyni zamanda, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş Gülmirə və Ayselin mümkün gələcəyi haqqında bəhs edilmiş və digər vəhşicəsinə öldürülmüş azyaşlıların siyahısı əlavə edilib.

Bəyanatın sonunda münaqişənin həlli ilə bağlı beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzünə qarşı qəti və güclü mövqedə dayanmağa və Xocalı soyqırımını tanımağa çağırılıb.

"Xocalıya ədalət!" kampaniyası çərçivəsində yayımlanan petisiyanın internet linkləri imzalanma üçün səfirliyin və "Azərbaycanın Dostları İctimai Təşkilatı"nın internet və "facebook" səhifələrində yerləşdirilib və bu istiqamətdə kampaniyaya başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti