...

Xocalı soyqırımı Finlandiya parlamentində müzakirə edildi (FOTO)

Siyasət Materials 26 Fevral 2015 17:43 (UTC +04:00)
Xocalı soyqırımı ilə əlaqədar Finlandiya parlamentində görüş keçirib.
Xocalı soyqırımı Finlandiya parlamentində müzakirə edildi (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İlkin İzzət/

Xocalı soyqırımı ilə əlaqədar Finlandiya parlamentində görüş keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın İsveç Krallığı, Finlandiya və Norveçdəki fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov, bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarından Finlandiya Azərbaycan Assosiasiyasının sədri Vasif Muradlı və Azərbaycanlı Qadınlar Cəmiyyətinin rəhbəri Arzu Oqtay Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Finlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb. Görüşdə qrupun rəhbəri Eero Lehti, deputat Elizabet Naukler, parlamentin beynəlxalq əlaqələr üzrə katibi Teemu Vuorio və başqaları iştirak ediblər.

Səfir A.Məmmədov Finlandiya parlamentinin deputatlarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması barədə geniş məlumat verib. O, dünya ictimaiyyətinin bu fakta hələ də biganə qalmasını təəssüflə qeyd edib.

Görüş zamanı Finlandiya Azərbaycan Assosiasiyasının sədri V.Muradlı Xocalı soyqırımının Finlandiya parlamentində müzakirəyə çıxarılması, tanınması və siyasi qiymət verilməsi ilə bağlı təşkilat tərəfindən hazırlanmış müraciəti parlamentlərarası dostluq qrupunun rəhbəri E.Lehtiyə təqdim edib.

Azərbaycanlı Qadınlar Cəmiyyətinin rəhbəri A.Oqtay da müzakirələr zamanı finlandiyalı deputatları Xocalı soyqırımını tanımağa və qəbul etməyə çağırıb.

Görüşün sonunda deputatlara Dağlıq Qarabağ hadisələri ilə əlaqədar rəsmi sənədlər və Xocalı soyqırımını əks etdirən videomateriallar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti