...

Rusiya müxalifəti tanınmış siyasətçi Boris Nemtsovun qətlə yetirilməsi ilə bağlı matəm mitinqi keçirəcək

Siyasət Materials 28 Fevral 2015 07:57 (UTC +04:00)
Rusiya müxalifəti martın 1-də maliyyə böhranına qarşı birgə mitinq keçirməyi planlaşdırırdı
Rusiya müxalifəti tanınmış siyasətçi Boris Nemtsovun qətlə yetirilməsi ilə bağlı matəm mitinqi keçirəcək

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Rusiyanın tanınmış müxalifət lideri Boris Nemtsovun qətlə yetirilməsi ilə bağlı ölkə müxalifəti martın 1-də birgə matəm mitinqi keçirməyi planlaşdırır. Bu barədə Trend İnterfaks agentliyinə istinadan məlumat verir.

Qeyd edək ki, Rusiya müxalifəti martın 1-də maliyyə böhranına qarşı birgə mitinq keçirməyi planlaşdırırdı, lakin Boris Nemtsovun qətlə yetirilməsi ilə bağlı bu mitinqi matəm mitinqi ilə əvəz ediblər.

Xatırladaq ki, Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan Boris Nemtsov bu gecə Moskvanın mərkəzində küçədə ağ avtomobildən atılan atəşlə qətlə yetirilib. Bir neçə dəfə atılan atəş nəticəsində Nemtsov hadisə yerində keçinib.

Rusiya istintaq komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin baş verən cinayətlə bağlı açıqlama verib ki, Boris Nemtsova naməlum şəxslər 7-8 dəfə atəş açıblar. Markin bildirib ki, Nemtsov qətlə yetirilən gün Kiyevdən Moskvaya gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti