...

Ermənilərin qondarma "seçkilər"i: "Ədalət carçıları" niyə susur?

Siyasət Materials 28 Fevral 2015 19:00 (UTC +04:00)
Erməni separatçılar yenə də Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda qondarma "parlament seçkiləri" keçirməyə hazırlaşırlar. Artıq illərdir ki, ermənilərin bu həyasızlığının və beynəlxalq qanunların tamamilə ziddinə olan hərəkətlərinin şahidi oluruq.
Ermənilərin qondarma "seçkilər"i: "Ədalət carçıları" niyə susur?

Azərbaycan Xəbərlər Xidməti

Elçin Mehdiyev - Trend:

Erməni separatçılar yenə də Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda qondarma "parlament seçkiləri" keçirməyə hazırlaşırlar. Artıq illərdir ki, ermənilərin bu həyasızlığının və beynəlxalq qanunların tamamilə ziddinə olan hərəkətlərinin şahidi oluruq.

Bundan əvvəl də Dağlıq Qarabağda həm qondarma "prezident seçkiləri", həm də "parlament seçkiləri" keçirilib. Təbii ki, bu "seçkilər" heç bir dünya dövləti və ya beynəlxalq təşkilat tərəfindən tanınmayıb. Amma nə fayda? Saxtakar ermənilər utanmadan öz əməllərini davam etdirirlər.

Əvvəla, məsələyə qanuni tərəfdən yanaşaq. Hazırda erməni separatçıların "seçkilər" keçirməyə hazırlaşdığı Dağlıq Qarabağ ərazisi bütün dünya dövlətlərinin üzv olduğu BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində, o cümlədən Avropa İttifaqı, Avropa Şurası, ATƏT və digər beynəlxalq qurumlar tərəfindən Azərbaycanın ərazisi kimi tanınır. Yəni həmin ərazilərdə seçkilər yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinə əsasən keçirilməlidir. Əks tədqirdə isə Dağlıq Qarabağda keçirilən hər hansı seçki qeyri-qanuni hesab olunur. Bu, məsələnin hüquqi tərəfi.

İndi keçək dünya dövlətlərinin və beynəlxalq təşkilatların məsələyə münasibətinə. Düzdür, yuxarıda qeyd etdiyimiz kimi, dünya dövlətləri və beynəlxalq təşkilatlar erməni separatçılar tərəfindən Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"i tanımır. Amma tanımamaq kifayət deyil və bu, ədalət prinsiplərinə cavab vermir. Beynəlxalq təşkilatlar qondarma "seçkilər"i tanımamaqla yanaşı, onları pisləməli və erməniləri bu qanunazidd əməllərdən çəkinməyə məcbur etməlidirlər. Lakin əfsuslar olsun ki, biz bunu görmürük. Misal üçün, elə götürək Avropa Şurasını. Avropa Şurasının qaydalarına əsasən, təşkilata üzv olan bir dövlət digər üzv dövlətin ərazisini işğal edə bilməz. Ancaq illərdir ki, bu qayda Ermənistan tərəfindən pozulur və qanun keşikçisi olan Avropa Şurası buna görə Ermənistanın xətrinə belə dəymir, hələ bu azmış kimi, ermənilər Avropa Şurasında haray çəkib öz saxta "hüquqlar"ını qorumağa çalışırlar. Digər beynəlxalq təşkilatlarda da münasibət eyni cürdür.

Təbii ki, onlardan hansısa ədalətli mövqe gözləmək də sadəlövhlük olardı. Çünki Ermənistana təzyiq göstərmək bu gün onların maraqlarına cavab vermir. Əksinə, onlar Ermənistandan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Onsuz da Ermənistan tarixən Azərbaycana və Türkiyəyə qarşı təzyiq göstərmək üçün yaradılmış bir ölkədir. Bu gün bir sıra Avropa dövlətlərinin qondarma "erməni soyqırımı"na dəstək verməsi, Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe nümayiş etdirməməsi, Ermənistana müxtəlif formalarda yardımların edilməsi və s. bunun bariz nümunəsidir. Axı Azərbaycanın gücünün, beynəlxalq nüfuzunun artması, regionda lider dövlətə çevrilməsi onların ürəyincə deyil.

Amma bu vəziyyət həmişəlik davam edə bilməz, sadəcə geci, tezi var. Azərbaycanın da səbrinin bir həddi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti