...

Müdafiə naziri cəbhə bölgəsində inşası davam edən hərbi hissələrə baxıb (FOTO)

Siyasət Materials 28 Fevral 2015 18:03 (UTC +04:00)
Müdafiə naziri cəbhə bölgəsində inşası davam edən hərbi hissələrə baxış keçirib.
Müdafiə naziri cəbhə bölgəsində inşası davam edən hərbi hissələrə baxıb (FOTO)

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti və yenidənqurma işləri davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cəbhəboyu zonada səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov tikilməkdə olan yeni hərbi şəhərciklərə baş çəkərək vəziyyətlə tanış olub.

Ərazinin perspektiv tikinti-quruculuq planına baxaraq görülən işlərin keyfiyyətini yoxlayan müdafiə naziri inşaat işlərinin sürətlə davam etdirilməsi barədə müvafiq tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti