...

Azərbaycana hücumlar zəiflik arqumenti kimi

Siyasət Materials 2 Mart 2015 22:30 (UTC +04:00)
Qərb siyasətçiləri, hüquq müdafiəçiləri və mətbuatının Azərbaycana hücumları davam edir.
Azərbaycana hücumlar zəiflik arqumenti kimi

Azərbaycan xəbərlər xidməti

Elçin Mehdiyev - Trend:

Qərb siyasətçiləri, hüquq müdafiəçiləri və mətbuatının Azərbaycana hücumları davam edir. Bu hücumlar respublikada, eləcə də rəsmi Bakının təşəbbüsü ilə xaricdə keçirilən istənilən böyük tədbir ərəfəsində xüsusilə fəallaşır.

Cənablar, Azərbaycanın Qərbin görmək istədiyi kimi deyil, öz istədiyi kimi olacağını başa düşməyin artıq çoxdan vaxtı çatıb. Müstəmləkəçilik dövrü artıq çoxdan başa çatıb, lakin Qərb mentalitetində, siyasətçilərin düşüncələrində bu xüsusiyyət biryolluq kök salıb.

Hazırda Qərb nə qədər zəifdirsə, onun bacarmayacağı dünya çağırışları bir o qədər çox, onun Azərbaycan kimi ölkələrə hücumları bir o qədər kəskindir. Hər şeydən əvvəl bu ona keçmiş gücünü nümayiş etdirmək, eləcə də guya qalan gücünü göstərmək üçün lazımdır.

Hazırda tikişləri sökülən Avropa, bütün dünyada qəsdən getdikcə daha çox nəticəsiz silahlı münaqişələrə qarışan ABŞ, ilk növbədə, Azərbaycan kimi ölkələrin nümunəsində öz "mötəbər"liklərini göstərməyə çalışırlar.

Ölkəyə vaxtaşırı hücumlara gəlincə, bu ilin yayında keçiriləcək I Avropa Oyunları ərəfəsində cari zaman kəsiyi də istisna olmadı.

Bu Oyunlar digər istənilən iri beynəlxalq yarışlar kimi idman məzmunundan başqa, iştirakçı ölkələri birləşdirməyə də hesablanıb. Və bu, hazırkı Avropa üçün həyati əhəmiyyət daşıyır. Bununla da hazırda Azərbaycan onun özündən daha çox Avropanın gələcəyinin qayğısına qalır.

Azərbaycana hücumlar ABŞ tərəfindən də çoxdur. ABŞ bir tərəfdən Azərbaycanın Avropa və dünyanın təhlükəsizliyinin (o cümlədən enerji) təmin edilməsinə yönəldilmiş fəaliyyətini hər cür alqışlayır, digər tərəfdən isə ölkəni mümkün və qeyri-mümkün günahlarda təqsirləndirir.

Üstəlik, indiyədək Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına real yardım etməyən Avropa və ABŞ "sayəsində" Azərbaycan Ermənistanla müharibə vəziyyətində olmağa davam edir. Belə şəraitdə Vaşinqton və Brüssel istəsə belə, Vətənə xəyanət və Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlığa görə ittihamlar diqqətdən və cəzadan kənarda qala bilməz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti