...

Bakıda NATO ekspertlərinin təlim kursu başlayıb (FOTO)

Siyasət Materials 3 Mart 2015 19:02 (UTC +04:00)
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində NATO-nun Birləşmiş Təhlil və Öyrənilmiş Təcrübələr Mərkəzinin ekspertlər qrupu tərəfindən təlim kursu başlayıb.
Bakıda NATO ekspertlərinin təlim kursu başlayıb  (FOTO)

Azərbaycan, Bakı, 3 mart /Trend/

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində NATO-nun Birləşmiş Təhlil və Öyrənilmiş Təcrübələr Mərkəzinin ekspertlər qrupu tərəfindən təlim kursu başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kursda Silahlı Qüvvələrin şəxsi heyəti üçün NATO-da öyrənilmiş təcrübələr şəbəkəsinin qurulması və bu prosesin hansı mərhələləri əhatə etməsinə dair təqdimatların verilməsi nəzərdə tutulub.

Təlim kursu martın 5-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti