...

Prezident İlham Əliyev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərini və bir qrup əməkdaşını təltif etdi (SİYAHI)

Siyasət Materials 4 Mart 2015 15:05 (UTC +04:00)
Prezident İlham Əliyev Novruzəli Aslanovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərini və bir qrup əməkdaşını təltif etdi (SİYAHI)

Azərbaycan, Bakı, 4 mart /Trend/

Prezident İlham Əliyev Novruzəli Aslanovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sənədə əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və Qızıl Aypara hərəkatının inkişafında xidmətlərinə görə Novruzəli Davud oğlu Aslanov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilir.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bir qrup əməkdaşı "Tərəqqi" medalı ilə təltif edilib.

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasında aztəminatlı insanlara sosial xidmət və humanitar yardım göstərilməsi sahəsindəki səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Abbasov Əli-Ağa Bəhmən oğlu

Ağamirzəyev Budaq Hüseyn oğlu

Cəfərova Nailə Cəfər qızı

Eyvazov Niyaz Bayram oğlu

Əliyev Rövşən Əlipaşa oğlu

Həsənov Üzeyir Oqtay oğlu

Xəlilova Sara Abdurahman qızı

Quliyeva Afət Vahid qızı

Mehdiyev Gəncəli Yahya oğlu

Mirzəyev Ceyhun Vəkil oğlu

Mustafayev Əlmirzə Əlirza oğlu

Səlim-zadə Elşən Rza oğlu

Şayev Şaban Zakay oğlu

Vəliyev Yaşar Vəli oğlu

Yusifov Rövşən Abas oğlu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti