...

Ukrayna mətbuatı Xocalı soyqrımına geniş yer ayırıb (FOTO)

Siyasət Materials 4 Mart 2015 22:09 (UTC +04:00)
Xocalı soyqrımının 23-cü ildönümü ilə bağlı Ukraynanın aparıcı televiziya kanalları və kütləvi informasiya vasitələri həyacan dolu məlumatlar yaymaqda davam edir.
Ukrayna mətbuatı Xocalı soyqrımına geniş yer ayırıb (FOTO)

Azərbaycan, Bakı, 4 mart /Trend/

Xocalı soyqrımının 23-cü ildönümü ilə bağlı Ukraynanın aparıcı televiziya kanalları və kütləvi informasiya vasitələri həyacan dolu məlumatlar yaymaqda davam edir. Trend-in məlumatına görə, Xocalı faciəsini 20-ci əsrin qan donduran vəhşilik aktı kimi təqdim edən Ukrinform informasiya agentliyi, Newsplanet xəbərlər portalı , bir sıra aparıcı televiziya və kütləvi informasiya vasitələri erməni silahlı birləşmələrinin Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirtdikləri amansız qəddarlıqları bəşər tarixinin vəhşilik səlnaməsi adlandırıblar.

Media qrumları arasında 3 gün səhifələrini Xocalı soyqrımına həsr edən Newsplanet informasiya portalı isə indiyədək belə bir bəşəri cinayətə hüquqi siyasi qiymət verməyən beynəlxalq təşkilatları və dünya birlyini ədalət prinsiplərinə riayət etməməkdə günahlandırıb.( http://www.newsplanet.com.ua/archive/date-2015-02-26 ) Xocalı soyqrımına xüsusi yer ayıran Ukraynanın 1-ci UTR televiziya kanalı isə ,Azərbaycan ,Ermənistav və Dağlıq Qarabağ probleminin yaranma səbəblərini çoxmilyonlu tamaşaçı auditoriyasına Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətlidən hazırladıqları yarım saatlıq xüsusi proqramın vasitəsi ilə çatdırıblar. (http://utr.tv/ru/teleprogrammy-utr/ukraina-diplomatichnaya/item/18623-ukrainadiplomaticheskaya-azerbajdzhan.html)Sputnik vasitəsi ilə dünyanın 128 ölkəsinə yayımlanan dövlət televiziyasında aparıcı jurnalistin çoxsaylı suallarına cavab verən səfir Eynulla Mədətli ermənilərin son iki əsrdə xarici havadarlarının gücünə arxalanaraq Azərbaycan xalqına və dövlətinə qarşı həyata keçirtdikləri mərhələli işğalçılıq və soyqrım siyasətini tarixi faktlarla .diqqətə çatdırıb. Xocalı faciəsinində ermənilərin xalqımıza qarşı törətdiyi soyqrım siyasətinin tərkib hissəsi olduğunu bildirib.Səfir həmçinin, qurucusu və baş memarı Dahi Heydər Əliyev olan müstəqil Azərbaycan dövlətinin qlobal iqtisadi inkişaf tempindən söz açaraq ,prezident İlham Əliyevin rəhbərliyi altında istənilən zaman Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməyə qadir olduğunu vurğulayıb. Xocalı soyqrımı ilə bağlı Azərbaycanın Xarxovdakı fəxri konsulluğunun təşkil etdiyi tədbirləri geniş işıqlandıran Çerniqov ,Zaporojye,Dnepropetrovsk və Xarkov vilayətlərinin regional televiziya və media qrumlarıda ermənilərin xalqımıza qarşı törətdikləri qəddarlıqlar haqqında xüsusi reportajlar yayımlayıblar.

Dnepropetrovsk vilayətinin regional televiziyasına müsahibə verən Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov ermənilərin 23 il bundan oncə xocalıda törətdikləri qəddarlıq aktını 20-ci əsrin ən amansız soyqrım siyasəti adlandırıb.Ukrayna parlamentini xocalı soyqrımına həssas münasibət bəsləməyə səsləyən fəxri konsul ,bəşər tarixinin belə bir qəddarlıq səlnaməsini soyqrım aktı kimi qəbul etməyə çağırıb .(https://www.youtube.com/watch?v=qgUMRWHiZZ8&app=desktop)

Xarkov vilayət televiziyası isə xocalı şəhərində baş verən bəşəri cinayəti təqdim etməmişdən öncə urəyi zəif olan və yaşı 18-ə çatmayan uşaqların ekrandan uzaq olmalarını elan etməklə ,ermıni qəddarlığının nə qədər dözülməz olmasını nümayiş etdiriblər.

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Xocalı soyqrımı ilə bağlı hazırladığı " Haradadır ədalət ! Xocalıya Ədalət !" video çarxıda Ukraynanın bir sıra televiziya kanallarının və informasiya portallarının diqqətindən yayınmayaraq yayımlanmağa başlayıb. Ukraynanın 5-ci televiziya kanalı və newsplanet informasiya portalı xocaliya ədalət video çarxını yayımlamaqla Xocalı soyqrımının uşaqlara vurduğu mənəvi ,psixoloji zərbənin gələcək nəsillər üçün təhlükə mənbəyi olduğunu xarakterizə edərək ,ölkə ictimaiyyətini Ukraynanın indiki ağır dönəmində Xocalı qətliamından tarixi dəsr çıxarmağa səsləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti