...

Xəzəryanı ölkələr dənizin statusunun konvensiya layihəsinin mübahisəli məqamları üzrə razılığa gəliblər

Siyasət Materials 5 Mart 2015 13:44 (UTC +04:00)
Xəzəryanı ölkələr dənizin statusunun müəyyənləşdirilməsi ilə bağlı konvensiya layihəsinin bəzi mübahisəli məqamları üzrə razılığa gəliblər.
Xəzəryanı ölkələr dənizin statusunun konvensiya layihəsinin mübahisəli məqamları üzrə razılığa gəliblər

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir Səba Ağayeva/

Xəzəryanı ölkələr dənizin statusunun müəyyənləşdirilməsi ilə bağlı konvensiya layihəsinin bəzi mübahisəli məqamları üzrə razılığa gəliblər. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə Xəzəryanı dövlətlərin XİN rəhbərlərinin müavinləri səviyyəsində işçi qrupun 39-cu iclasının yekunlarına dair deyib.

Onun sözlərinə görə, dünən və bu gün keçirilmiş danışıqlarda Xəzər dənizinin statusu üzrə konvensiyanın bəndlərinə və Xəzəryanı dövlətlərin başçılarının Həştərxan bəyannəməsinə dair geniş müzakirələr aparılıb.

X.Xələfov razılaşdırılmış məqamlar arasında ekoloji problemləri, dənizin su məkanının istifadə edilməsini göstərib: "Biz ümid edirik ki, qısa müddət ərzində konvensiya üzərində bütün işləri başa çatdıracağıq və onu Astanada növbəti sammitdə qəbul edəcəyik. Dənizin hüquqi statusu ilə bağlı məsələlər və bununla əlaqədar bütün prinsipial məsələlərin razılaşdırılması bütün beş ölkə üçün prioritetdir".

İşçi qrupunun iclası martın 4-5-də Bakıda keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti