...

İsrailin Azərbaycandakı səfiri növbədənkənar parlament seçkilərində səs verdi (FOTO)

Siyasət Materials 5 Mart 2015 16:38 (UTC +04:00)
İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz 20-ci çağırış Knessetə (parlament) növbədənkənar seçkilərdə səs verib.
İsrailin Azərbaycandakı səfiri növbədənkənar parlament seçkilərində səs verdi (FOTO)

Azərbaycan, Bakı, 5 mart /Trend/

İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz 20-ci çağırış Knessetə (parlament) növbədənkənar seçkilərdə səs verib. Seçki məntəqəsi bu gün Bakıda İsrail səfirliyində açılıb.

R.Harpaz Trend-ə bildirib ki, xarici ölkələrdə olan bütün israillilər bu gün səs verirlər.

Seçkilərin nəticələrinin Azərbaycanla əməkdaşlığa təsirini şərh edən səfir qeyd edib ki, iki ölkənin həmişə yaxşı münasibətləri olub: "Bizim münasibətlərimizdə siyasi aspekt mühüm rol oynamır. 23 illik əməkdaşlıq tariximizə baxsaq görərik ki, İsrail liderləri partiya mənsubiyyətindən asılı olmayaraq Azərbaycanla sıx əlaqələrə malik olublar. Bizim məqsədimiz strateji əməkdaşlıqdır. Biz bu istiqaməti saxlayır və qarşılıqlı əlaqələrimizi ildən-ilə genişləndirir və dərinləşdiririk".

Onun sözlərinə görə, İsrail Azərbaycanla energetika, təhsil, turizm, kənd təsərrüfatı və digər sahələrdəki münasibətlərini bundan sonra da inkişaf etdirəcək: "İsrail kiçik ölkədir, lakin biz geniş heyətdə Bakıda keçirilən Avropa Oyunlarında iştirak edəcəyik. Yarışlarda təqribən 150-200 idmançı iştirak edəcək, tədbiri 2 iri telekanal yayımlayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti