...

AŞ PA həmməruzəçiləri Azərbaycanda parlament seçkiləri öncəsi vəziyyəti qiymətləndiriblər

Siyasət Materials 6 Mart 2015 12:06 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeus İvinski Azərbaycana reallaşdırdıqları faktaraşdırıcı səfərləri ilə bağlı hesabat yayıblar.
AŞ PA həmməruzəçiləri Azərbaycanda parlament seçkiləri öncəsi vəziyyəti qiymətləndiriblər

Azərbaycan, Bakı, 6 mart /Trend, anaxanım Hidayətova/

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeus İvinski Azərbaycana reallaşdırdıqları faktaraşdırıcı səfərləri ilə bağlı hesabat yayıblar.

Trend-in Avropa Şurasının saytına istinadən verdiyi məlumata görə, sənəddə qeyd edilir ki, səfər çərçivəsində onlar Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin spikeri, baş prokuror, ədliyyə naziri, vətəndaş cəmiyyəti üzvləri və digər şəxslərlə görüşlər keçiriblər.

Müzakirələr noyabrda Azərbaycanda baş tutacaq parlament seçkiləri ərəfəsində siyasi vəziyyət, məhkəmələrin azadlığı və fəaliyyəti, həmçinin ölkədə insan haqları sahəsində vəziyyət istiqamətində olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti