...

Xədicə İsmayılovanın həbs müddəti uzadılıb

Siyasət Materials 6 Mart 2015 12:51 (UTC +04:00)
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə jurnalist Xədicə İsmayılovanın barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Xədicə İsmayılovanın həbs müddəti uzadılıb

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İlkin İzzət/

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə jurnalist Xədicə İsmayılovanın barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Trend Nəsimi rayon Məhkəməsinə istinadən xəbər verir ki, X.İsmayılovanın həbs müddəti mayın 24-dək uzadılıb.

Qeyd edək ki, X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) ittihamı ilə həbs edilib. Sonradan ona qarşı Cinayət Məcəlləsinin179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə),192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti