...

Musa Quliyev Ombudsmanın hesabatına irad tutdu

Siyasət Materials 6 Mart 2015 12:59 (UTC +04:00)
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Milli Məclisin bu gün keçirilən iclasında hesabat verib.
Musa Quliyev Ombudsmanın hesabatına irad tutdu

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Milli Məclisin bu gün keçirilən iclasında hesabat verib.

Trend-in məlumatına görə, E.Süleymanova Ombudsman Aparatının gördüyü işlər, vətəndaşların ərizə və şikayətləri, insan hüquqlarının vəziyyəti və s. barədə məlumat verib.

Daha sonra hesabat ətrafında müzakirələr başlayıb. Hesabata münasibət bildirən millət vəkili Musa Quliyev ümumilikdə hesabatı müsbət dəyərləndirib, lakin bəzi hüquq müdafiəçilərinin, KİV-də çalışmış və sonradan müxtəlif cinayət əməllərinə görə ittiham olunan şəxslərin adlarının çəkilməsinin və onlara geniş yer verilməsinin məqsədəuyğun olmadığını deyib.

Onun fikrincə, bu, Azərbaycanı istəməyən təşkilatların "dəyirmanına su tökür": "Ya bütün müraciət edənlərin adları çəkilsin, ya da ayrı-ayrı insanlar fərdiləşdirilməsin".

Millət vəkili eyni zamanda, Ombudsmanı Azərbaycana düşmən olan təşkilatlara qarşı daha qəti mövqe nümayiş etdirməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti