...

Azərbaycanla Norveç arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi təsdiq edildi

Siyasət Materials 6 Mart 2015 13:53 (UTC +04:00)
Azərbaycanla Norveç arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında sənəd təsdiq edilib.
Azərbaycanla Norveç arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi təsdiq edildi

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanla Norveç arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında sənəd təsdiq edilib.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında" Saziş təsdiq edilib.

Bundan əlavə isə "Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Sazişin təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti