...

Pakistanda Novruz (FOTO)

Siyasət Materials 19 Mart 2015 18:15 (UTC +04:00)
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfirliyində Novruz bayramı münasibətilə tədbir keçirilib.
Pakistanda Novruz (FOTO)

Azərbaycan, Bakı, 19 mart /Trend/

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfirliyində Novruz bayramı münasibətilə tədbir keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə qadınların işlə təmin olunması, sosial inkişaf üzrə nazir xanım Rubina Kaumxani, Senatın və Milli Assambleyanın xanım üzvləri, Pakistanın ictimai-siyasi həyatında fəal rol oynayan nüfuzlu xanım siyasətçilər, qadın təşkilatlarının sədrləri iştirak ediblər.

Tədbirdə ölkəmizdə Novruz bayramı zamanı bişirilən müxtəlif yeməklər və şirniyyat növləri qonaqlara təqdim edilib, onlara Novruz bayramının Azərbaycan xalqının həmrəyliyində, ictimai həyatında və məişətində oynadığı rol haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, mərhəmət və birlik rəmzi olan qədim Novruz bayramı Azərbaycan xalqının zəngin mənəviyyat və humanizminin təzahürüdür. Qonaqlara ölkəmizdə qeyd olunan Novruz bayramını, xalqımıza məxsus olan müxtəlif adət-ənənələri əks etdirən sənədli film nümayiş etdirlib.

Qonaqlara, həmçinin Azərbaycan həqiqətlərini, mədəniyyət və tarixini, erməni təcavüzünü, habelə həyatın müxtəlif sahələrində ölkəmizin əldə etdiyi inkişafı əks etdirən müxtəlif kitab, jurnal və videomateriallar hədiyyə olunub.

Tədbirə qatılanlar Azərbaycanda həqiqətən də Novruzun hərarətlə qeyd edilməsindən, bayramın Azərbaycan xalqının, bütövlükdə isə bölgə xalqlarının həyatında birləşdirici rolundan bəhs ediblər.

Bayram mərasimi Pakistanın yerli telekanalları və mətbuat orqanları tərəfindən işıqlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti