...

İlham Əliyev Sinqapur prezidentinə başsağlığı verib

Siyasət Materials 23 Mart 2015 16:49 (UTC +04:00)
Dövlət başçısı İlham Əliyev Sinqapur Respublikasının birinci Baş naziri, görkəmli dövlət xadimi Li Kuan Yunun vəfatı ilə əlaqədar kədərləndiyini bildirib
İlham Əliyev Sinqapur prezidentinə başsağlığı verib

Azərbaycan, Bakı, 23 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Sinqapur Prezidenti Toni Tan Kenq Yama başsağlığı verib.

Başsağlığında deyilir:

Hörmətli cənab Prezident,

Sinqapur Respublikasının birinci Baş naziri, görkəmli dövlət xadimi Li Kuan Yunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, mərhumun ailəsinə və bütün Sinqapur xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti