...

Prezident İlham Əliyev: Dostluq münasibətlərimizin möhkəmləndirilməsi xalqlarımızın rifahına töhfələr verəcək

Siyasət Materials 24 Mart 2015 10:06 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Prezidenti Prokopis Pavlopulosa təbrik məktubu ünvanlayıb.
Prezident İlham Əliyev: Dostluq münasibətlərimizin möhkəmləndirilməsi xalqlarımızın rifahına töhfələr verəcək

Azərbaycan, Bakı, 24 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Prezidenti Prokopis Pavlopulosa təbrik məktubu ünvanlayıb.

Trend-in məlumatına görə, İlham Əliyev təbrik məktubunda deyib: "Yunanıstan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Yunanıstan arasındakı dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi və əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi istiqamətində atdığımız addımlar bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim sülh və rifah diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti