...

İlham Əliyev Banqladeş Prezidentini təbrik edib

Siyasət Materials 25 Mart 2015 10:23 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Əbdül Həmidə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Banqladeş Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 25 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Əbdül Həmidə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Banqladeş Xalq Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Banqladeş arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Banqladeş xalqına daim sülh və rifah arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti