...

Tahir Rzayev: "Bəzi insanlar bunu başa düşmür"

Siyasət Materials 26 Mart 2015 15:15 (UTC +04:00)
“Hər dəfə Azərbaycanda hansısa böyük beynəlxalq tədbirlər keçirilən zaman xaricdə olan bədxahlarla yerli satqınlar birləşib Azərbaycana qarşı təxribat aparırlar”.
Tahir Rzayev: "Bəzi insanlar bunu başa düşmür"

Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir Elçin Mehdiyev/

"Hər dəfə Azərbaycanda hansısa böyük beynəlxalq tədbirlər keçirilən zaman xaricdə olan bədxahlarla yerli satqınlar birləşib Azərbaycana qarşı təxribat aparırlar".

Bu barədə Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev ilk Avropa Oyunları ilə bağlı bəzi beynəlxalq qurumların Azərbaycana qarşı apardıqları çirkli kampaniyalara münasibət bildirərkən deyib.

T.Rzayev qeyd edib ki, bütün bunların hamısı bir mərkəzdən idarə olunur və məqsəd də eynidir: "Əgər bu çirkin əməllər bir mərkəzdən idarə olunursa, deməli, bu, Azərbaycana qarşı təxribatdır, düşmənçilikdir. Ancaq bunlar həmişə uğursuzluğa düçar olur".

Millət vəkili bildirib ki, kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan bu Oyunlara uğurla ev sahibliyi edəcək.

O, Azərbaycana qarşı aparılan çirkli kampaniyalara içimizdəki bəzi insanların dəstək verməsindən təəssüfləndiyini də bildirib: "Təəssüflər olsun ki, içimizdə olan bəzi insanlar bu Oyunların Azərbaycanda keçirilməsindən fəxarət duymurlar. Bunlar başa düşmürlər ki, bu Oyunlar Azərbaycan üçün tarixi bir şansdır. Çünki Oyunlar keçirilən müddətdə bütün dünyanın nəzərləri Azərbaycanda olacaq. Azərbaycana 10 minlərlə insan - turist, jurnalist, iş adamı gələcək. Onlar bu müddət ərzində Azərbaycanla, ölkənin mədəniyyəti və iqtisadiyyatı ilə tanış olacaqlar".

T.Rzayev bu Oyunların Azərbaycan üçün sonrakı faydalarından da danışıb: "Azərbaycanda Avropa Oyunlarınən təşkili ilə əlaqədar infrastrukturun, turizm xidmətlərinin yaxşılaşdırılmasında xeyli işlər görülüb, tikilib istifadəyə verilən idman qurğuları Oyunlardan sonra da insanlarımıza xidmət edəcək. Bu infrastrukturun yaradılmasında 10 minlərlə insan çalışıb və bundan sonra da çalışacaqlar, yeni iş yerləri açılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti