...

Ərdoğan: Türkiyə Yəməndəki hərbi əməliyyata dəstək verməyə hazırdır

Siyasət Materials 26 Mart 2015 22:52 (UTC +04:00)
Türkiyə Yəməndə şiə qiyamçılarına qarşı hərbi əməliyyat keçirən qüvvələrə logistik dəstək verməyə hazırdır.
Ərdoğan: Türkiyə Yəməndəki hərbi əməliyyata dəstək verməyə hazırdır

Azərbaycan, Bakı, 26 mart /Trend/

"Türkiyə Yəməndə şiə qiyamçılarına qarşı hərbi əməliyyat keçirən qüvvələrə logistik dəstək verməyə hazırdır".

Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı martın 25-də husilərin Yəməndə ölkənin cənub regionlarına irəliləməsinin qarşısını almaq və Prezident M.Hadinin yenidən hakimiyyəti ələ keçirməsinə kömək etmək məqsədilə Yəmənə hava hücumlarına başlayıb. Səudiyyə Ərəbistanı 10 ərəb ölkəsinin bu əməliyyatı dəstəklədiyini bildirib. Həmçinin ABŞ husilərə qarşı hücumları dəstəkləyib.

Husilər ötən ilin sentyabrından Yəmənin paytaxtı Səna şəhərinə hücum edib, M.Hadi hakimiyyətini devirərək paytaxtı nəzarətə götürüblər. Prezident keçən ay ölkənin cənubunda yerləşən Ədən şəhərinə sığınıb. Husilər cənub regionlarına irəlilədiyinə görə onun ölkədən çıxdığı bildirilir.

Xatırladaq ki, M.Hadi BMT Təhlükəsizlik Şurası və Ərəb Dövlətləri Liqasından husiləri dayandırmaq üçün hərbi yardım istəmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti