...

Əli Həsənov Küveytdə Suriya üzrə konfransda iştirak edəcək

Siyasət Materials 29 Mart 2015 12:56 (UTC +04:00)
Bu il martın 31-də Küveyt şəhərində Suriya üzrə Üçüncü Donor Konfransı keçiriləcək.
Əli Həsənov Küveytdə Suriya üzrə konfransda iştirak edəcək

Azərbaycan, Bakı, 29 mart /Trend/

Bu il martın 31-də Küveyt şəhərində Suriya üzrə Üçüncü Donor Konfransı keçiriləcək.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konfransda iştirak etmək üçün Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti martın 29-dan aprelin 1-dək Küveyt şəhərində rəsmi səfərdə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti