...

Zərdab rayon icra başçısının birinci müavini oğlunun əməllərinə görə vəzifəsindən azad edildi

Siyasət Materials 31 Mart 2015 13:05 (UTC +04:00)
Zərdab rayon icra hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərov tutduğu vəzifəsindən azad edilib.
Zərdab rayon icra başçısının birinci müavini oğlunun əməllərinə görə vəzifəsindən azad edildi

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir İlkin İzzət/

Zərdab rayon icra hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərov tutduğu vəzifəsindən azad edilib. Bu barədə Trend-ə Zərdab rayon İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd edək ki, A.Səfərovun oğlu Ceyhun Səfərov bu il martın 22-də saat 16.00 radələrində sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim etmə tələbinə tabe olmaqdan imtina etdiyinə görə saxlanılıb.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumatda bildirilirdi ki, Zərdab rayon Məhkəməsi tərəfindən C.Səfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq edilmiişdi.

Martın 27-də C.Səfərov həbs müddəti başa çatdığı üçün sərbəst buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti