Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir Anaxanım Hidayətova/
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, eləcə də viza mərkəzi Pasxa bayramı ilə əlaqədar aprelin 3-6-da bağlı olacaq. Trend-in məlumatına görə, bu barədə səfirliyin "Facebook" səhifəsində deyilir.
Səfirlik və mərkəz işini aprelin 7-də bərpa edəcək.
Fransanın Bakıdakı səfirliyi və konsulluq şöbəsi isə yalnız aprelin 6-da bağlı olacaq. Bunu Trend-ə səfirlikdən bildiriblər.
ABŞ-ın Bakıdakı səfirliyi bayram günlərində adi rejimdə işləyəcək. Bunu Trend-ə bu ölkənin diplomatik nümayəndəliyindən deyiblər.