...

Litva qondarma "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı tədbirlərdə iştirak etməyəcək

Siyasət Materials 31 Mart 2015 17:18 (UTC +04:00)
Litva rəsmiləri qondarma "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı tədbirlərdə iştirak etməyəcəklər.
Litva qondarma "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı tədbirlərdə iştirak etməyəcək

Azərbaycan, Bakı, 31 mart /Trend/

Litva rəsmiləri qondarma "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı tədbirlərdə iştirak etməyəcəklər.

Cari ilin aprel ayında qondarma "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı Ermənistanda keçiriləcək tədbirlərdə Litva rəsmilərinin iştirakı məqsədilə Ermənistanın apardığı fəaliyyət tam iflasa uğrayıb. Bu barədə Trend-ə Azərbaycanın Litvadakı səfirliyindən məlumat verilib.

Belə ki, bu istiqamətdə Ermənistanın Litvadakı səfirliyi və diasporun səylərinə, o cümlədən Ermənistan parlamentinin vitse-spikeri, Ermənistan-Litva parlamentlərarası dostluq qrupunun sədri Eduard Şarmazanovun mart ayının ortalarında Litvaya qeyri-rəsmi səfəri zamanı Litva Seymində keçirdiyi görüşlərə baxmayaraq, Seymin rəhbərliyi həmin tədbirlərdə iştirakdan imtina edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti