...

Azərbaycan və Pakistan ikitərəfli hərbi əməkdaşlıq protokolu imzalayıblar

Siyasət Materials 31 Mart 2015 19:29 (UTC +04:00)
Azərbaycan və Pakistan arasında ikitərəfli hərbi əməkdaşlıq protokolu imzalanıb.
Azərbaycan və Pakistan ikitərəfli hərbi əməkdaşlıq protokolu imzalayıblar

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir İlkin İzzət/

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində Azərbaycan-Pakistan işçi qrupunun görüşü davam edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Pakistan İslam Respublikasının Birləşmiş Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin direktoru general-mayor İftixar Vayn ölkəmizdə səfərdə olmaqdan məmnun qaldığını, Azərbaycan və Pakistanın qardaşlıq əlaqələrinin kökündə tarixi bağlılığın, dini və mədəni əlaqələrin böyük rol oynadığını vurğulayıb. O, Azərbaycanla ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin gücləndirməsi istiqamətində Pakistanın mövqeyinin dəyişməz olduğunu bildirib.

Görüş zamanı qərarların icra vəziyyəti nəzərdən keçirilib, yeni mövzular müzakirə olunaraq 2015-ci ilin ikitərəfli hərbi əmkdaşlıq planına daxil edilib.

Görüşün sonunda ikitərəfli hərbi əməkdaşlıq barədə protokol imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti