...

Azərbaycan və CAR müdafiə sənayesində əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Siyasət Materials 1 Aprel 2015 18:14 (UTC +04:00)
Bu gün Müdafiə Sənayesi Nazirliyində Cənubi Afrika Respublikasının (CAR) Elmi və Sənaye Tədqiqatları Şurasının nümayəndə heyəti ilə görüş keçirilib.
Azərbaycan və CAR müdafiə sənayesində əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İlkin İzzət/

Bu gün Müdafiə Sənayesi Nazirliyində Cənubi Afrika Respublikasının (CAR) Elmi və Sənaye Tədqiqatları Şurasının nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə qonaqlara nazirliyin fəaliyyəti ilə bağlı məlumat verilib.

Görüşdə Azərbaycan ilə CAR arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüşdə CAR-ın Azərbaycandakı səfiri Vika Mazvi Khumalo da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti