...

BƏƏ-nin Baş naziri Azərbaycana gəlib

Siyasət Materials 1 Aprel 2015 18:13 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktum bu gün Azərbaycana rəsmi səfərə gəlib.
BƏƏ-nin Baş naziri Azərbaycana gəlib

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktum bu gün Azərbaycana rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumu hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti