...

Azərbaycanı tənqid edən ABŞ senatoru rüşvətxorluqda ittiham edilir

Siyasət Materials 2 Aprel 2015 04:13 (UTC +04:00)
ABŞ-ın Nyu-Cersi ştatından seçilmiş senator Robert Menendes rüşvətxorluqda ittiham edilir.
Azərbaycanı tənqid edən ABŞ senatoru rüşvətxorluqda ittiham edilir

Azərbaycan, Bakı, 2 aprel /Trend/

ABŞ-ın Nyu-Cersi ştatından seçilmiş senator Robert Menendes rüşvətxorluqda ittiham edilir.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Menendesə qarşı ittiham haqqında hələ martda məlumat verilmişdi.

Məlumata əsasən, ABŞ Ədliyyə nazirliyində iddia edirlər ki, Menendes öz xidməti vəzifəsindən istifadə edərək tanışı həkim-oftalmoloq Salomon Melqenə köməklik edib, əvəzində isə ondan bahalı hədiyyələr alıb.

R.Menendes ittihamları təkzib edib və istefaya getmək niyyətində olmadığını bildirib.

Erməniyönlü senator kimi tanınan R.Menendes dəfələrlə Azərbaycanın ünvanına əsassız tənqidlərlə çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti