...

Bəxtiyar Sadıqov: Azərbaycanın inkişafını gözü götürməyən dairələr qarayaxma kampaniyasını gücləndirirlər

Siyasət Materials 6 Aprel 2015 15:56 (UTC +04:00)
“Azərbaycanın bugünkü inkişafını gözü götürməyən dairələr ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən istifadə edərək ölkəmizə qarşı qarayaxma kampaniyasını gücləndirirlər”.
Bəxtiyar Sadıqov: Azərbaycanın inkişafını gözü götürməyən dairələr qarayaxma kampaniyasını gücləndirirlər

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir Elçin Mehdiyev/

"Azərbaycanın bugünkü inkişafını gözü götürməyən dairələr ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən istifadə edərək ölkəmizə qarşı qarayaxma kampaniyasını gücləndirirlər". Bu barədə Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.

B.Sadıqov qeyd edib ki, bu gün Azərbaycan çox sürətlə inkişaf edir və dünya birliyinə qovuşur: "Bu qovuşma bütün parametrlər üzrə baş verir. Yəni həm iqtisadi sahədə, həm idman sahəsində, həm də ümumilikdə dünyada söz sahibi olmaq mənasında. Azərbaycan beynəlxalq tədbirlər keçirdir, eyni zamanda, bütün beynəlxalq tədbirlərdə fəal iştirak edir".

Deputat vurğulayıb ki, şübhəsiz, Azərbaycanın bu inkişafını gözü götürməyən, onun dünyaya belə sürətlə inteqrasiya etməsini istəməyən qüvvələr, antiazərbaycançı şəbəkələr, ermənilər tərəfindən maliyyələşdirilən müəyyən qurumlar, erməni maraqlarını müdafiə edən təşkilatlar var və bunlar da təbii ki, Azərbaycanın inkişafının qarşısını ala bilmirlər, Azərbaycanda gedən bu prosesləri gözləri götürmür: "Əvəzində özlərinə xas olan üslubda "mübarizə" aparmağa başlayırlar. Bu üslub da şərdir, böhtandır, Azərbaycan həqiqətlərini təhrif etməkdir, olmayan şeyləri Azərbaycanın adına yazmaqdır. Biz indiyə qədər bunun dəfələrlə şahidi olmuşuq ki, bunlar qeyri-obyektiv, həqiqətə uyğun gəlməyən informasiyaları daim dövriyədə saxlamağa çalışırlar".

B.Sadıqov bildirib ki, bu cəhdlərin heç bir əhəmiyyəti olmur, çünki "Eurovision" mahnı müsabiqəsində də onlar heç nəyə nail ola bilmədilər: "Azərbaycan müsabiqəni çox yüksək səviyyədə keçirdi. Avropa Oyunlarında da belə olacaq. Çox yüksək səviyyədə hazırlıq gedir. Həm Azərbaycan Oyunların keçirilməsinə hazırlaşır, həm də idmançılarımız iştiraka hazırlaşır. Oyunlar yüksək səviyyədə başa çatacaq, Azərbaycan bir daha bu cür tədbirləri keçirən idman ölkəsi, müasir dövlət kimi öz imicini təsdiq edəcək, pislik də onların özünə qalacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti