...

Kəmaləddin Heydərov Əfqanıstanın mədən və neft naziri ilə görüşüb

Siyasət Materials 9 Aprel 2015 17:28 (UTC +04:00)
Kəmaləddin Heydərov bu gün ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının mədən və neft naziri Daud Şah Sabanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Kəmaləddin Heydərov Əfqanıstanın mədən və neft naziri ilə görüşüb

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir İlkin İzzət/

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının mədən və neft naziri Daud Şah Sabanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, qonaqları səmimi salamlayan K.Heydərov FHN-in fəaliyyəti haqqında ətraflı məlumat verib, iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı faydalı əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulayıb. Nazir bildirib ki, iki dost ölkənin dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərləri əlaqələrin inkişafına stimul verir.

Səmimi qəbula görə təşəkkür edən D.Saba bildirib ki, onun rəhbərlik etdiyi nazirlik FHN ilə müvafiq sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsində maraqlıdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti