...

Kəmaləddin Heydərov BƏƏ səfiri ilə görüşüb

Siyasət Materials 14 Aprel 2015 16:16 (UTC +04:00)
Kəmaləddin Heydərov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Salem Xalifa Mohamed Əl-Ğaflini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Kəmaləddin Heydərov BƏƏ səfiri ilə görüşüb

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Bu gün Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Salem Xalifa Mohamed Əl-Ğaflini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, K.Heydərov iki dost ölkənin müvafiq qurumlarının fövqəladə halların qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması sahəsində uğurlu əməkdaşlığından məmnunluğunu ifadə edib, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş perspektivlərin olduğunu vurğulayıb.

Səfir Azərbaycanla BƏƏ arasında fövqəladə halların idarə edilməsi sahəsində əlaqələrin daha da genişləndiriləcəyinə əminliyini bildirib.

K.Heydərov diplomata gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti