...

Azərbaycan BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının 66-cı sessiyasında iştirak edir

Siyasət Materials 14 Aprel 2015 19:28 (UTC +04:00)
Bu gün BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının 66-cı sessiyası çərçivəsində Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Murad Nəcəfbəyli BMT-nin Cenevrə bölməsinin baş direktoru Maykl Moller ilə görüşüb.
Azərbaycan BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının 66-cı sessiyasında iştirak edir

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Bu gün BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının 66-cı sessiyası çərçivəsində Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Murad Nəcəfbəyli BMT-nin Cenevrə bölməsinin baş direktoru Maykl Moller ilə görüşüb.

Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və BMT arasındakı münasibətlər müzakirə edilib və Azərbaycanın Cenevrədəki aktiv fəaliyyəti müsbət qiymətləndirilib.

Görüşdə bir sıra digər məsələlərlə yanaşı, BMT-nin 2015-ci ildən sonrakı İnkişaf Gündəliyi və İqlim Dəyişikliyi üzrə növbəti Zirvə toplantısı fonunda iqtisadi, ətraf mühit, nəqliyyat və enerji məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Hazırda xarici işlər nazirinin müavini M.Məmməd-Quliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının 66-cı sessiyasında iştirak edir. Xarici işlər nazirinin müavini yüksək səviyyəli panel çərçivəsində BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının rolu və Azərbaycanın regiona töhfələri mövzusunda çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti