...

Azərbaycan və İran yeni layihələrlə bağlı müzakirə apardılar

Siyasət Materials 16 Aprel 2015 17:06 (UTC +04:00)
Azərbaycan və İran arasında ticarət, nəqliyyat, enerji, habelə sosial xidmətlər, dərman istehsalı, əməyin mühafizəsi, əlillərin reabilitasiyası, peşə təhsili və digər istiqamətlərdə birgə layihələr səmərəli ola bilər.
Azərbaycan və İran yeni layihələrlə bağlı müzakirə apardılar

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan və İran arasında ticarət, nəqliyyat, enerji, habelə sosial xidmətlər, dərman istehsalı, əməyin mühafizəsi, əlillərin reabilitasiyası, peşə təhsili və digər istiqamətlərdə birgə layihələr səmərəli ola bilər.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bu fikirlər bu gün Azərbaycanın Baş naziri Artur Rasi-zadə ilə ölkəmizə səfərə gələn İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə bildirilib.

Görüş zamanı ikitərəfli faydalı əməkdaşlıq üçün müxtəlif sahələrdə geniş imkanların olduğu qeyd edilib.

Bildirilib ki, hər iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri dövlətlərarası münasibətlərin inkişafında müsbət rol oynayır.

Daha sonra beynəlxalq və regional əməkdaşlıq, terrorçuluq və ekstremizmlə mübarizə mövzusuna toxunan Baş nazir A.Rasi-zadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini xatırladaraq, problemin yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin mümkünlüyünü bir daha nəzərə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti