...

Rəcəb Tayyib Ərdoğan ermənilərə çağırış edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 18 Aprel 2015 23:32 (UTC +04:00)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan erməniləri 1915-ci il hadisələri ilə bağlı iddialarından əl çəkməyə çağırıb.
Rəcəb Tayyib Ərdoğan ermənilərə çağırış edib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 18 aprel /Trend, Rufiz Hafizoğlu/

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan erməniləri 1915-ci il hadisələri ilə bağlı iddialarından əl çəkməyə çağırıb. Trend bu barədə TRT Haber-ə istinadən məlumat verib.

Ərdoğan bildirib ki, Qərb 1915-ci il hadisələrindən ğz siyasi məqsədləri üçün istifadə edir.

Ərdoğan, həmçinin bildirib ki, Avropanın bəzi siyasi dairələrinin qondarma "erməni soyqırımı" ilə bağlı bəyanatları Türkiyə üçün heç bir əhəmiyyət kəsb etmir.

Trend-in "Anadolu"ya istinadən verdiyi xəbərə görə, Rəcəp Tayyib Kocaelidə Bilik Mərkəzinin açılış mərasimində çıxışı zamanı deyib: "Bizimlə və qardaşlarımızla problemi olan erməni diasporu və Ermənistan dövlətidir. Türkiyə dəfələrlə Ermənistana əl uzadıb, xoş niyyətlərini ortaya qoyub. Qapılar Ermənistanın üzünə hələ də açıqdır. Qondarma "erməni soyqırımı" iddiaları və Qarabağın işğaldan azad edilməsi istiqamətində müsbət addımlar atsalar, onlarla hər növ əməkdaşlığa hazırıq. Bu iradəni, bu cəsarəti göstərəcək erməni siyasətçiləri, Ermənistan rəhbərliyi ilə görüşlərə, danışıqlara daim hazırıq. Lakin, öncə Qarabağ problemi həll olunmalıdır".

Qondarma "erməni soyqırımı" ilə bağlı Roma Papası I Fransiskin sözlərini Avropa Parlamentinin qərarını tənqid edən Ərdoğan bütün dünyaya, xüsusi ilə də Ermənistana səslənib: "Bu məsələni tarixi təməlindən qopararaq siyasiləşdirmək ən çox ermənilərə zərər verir. Biz belə qərarlar verənlərin əsil məqsədinin ermənilərin haqqını, hüququnu qorumaq olmadığını yaxşı bilirik. Ermənilərlə yaxından-uzaqdan əlaqəsi olmayanların belə açıqlama verməyə haqqı çatırmı? Hazırda mənim ölkəmdə 40 minə yaxın Türkiyə vətəndaşı olan erməni var. Bundan başqa, Ermənistandan qaçaraq Türkiyədə sığınacaq alan ermənilər də var. Biz onlara zülm etdikmi? Biz onları sıxışdırırıqmı? Siz bunları görmürsünüzmü, vicdansızlar? Siz necə belə bəyanatlar verə bilirsiniz? Siz necə bunu edə bilirsiniz?"

Ərdoğan daha sonra deyib: "Gəlin bu boş cəhdlərinizi bir kənara qoyun. Avropa Birliyi Parlamenti "arxivlərinizi açın" deyir. Bizim arxivlər açıqdır. Biz 10 -15 ildir bunu söyləyirik. Ermənistanın arxivi varsa açsın. Başqa ölkələrin varsa, açsın. Əlinizdəki sənədləri gətirin, ortaq bir komissiya yaradaq, məsələni hərtərəfli və obyektiv araşdırsınlar və dəyərləndirsinlər"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti