...

Azərbaycan və İran hərbi sahədə təcrübə mübadiləsi üzrə razılığa gəliblər

Siyasət Materials 21 Aprel 2015 17:02 (UTC +04:00)
İranın müdafiə naziri Hüseyn Dehqanın Bakıya səfəri zamanı Azərbaycan və İran bir çox sahələrdə əməkdaşlığa dair, o cümlədən hərbi-texniki sahədə təcrübə mübadiləsi ilə bağlı razılığa gəliblər.
Azərbaycan və İran hərbi sahədə təcrübə mübadiləsi üzrə razılığa gəliblər

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbirlər Ümid Niayeş, Elmira Tariverdiyeva/

İranın müdafiə naziri Hüseyn Dehqanın Bakıya səfəri zamanı Azərbaycan və İran bir çox sahələrdə əməkdaşlığa dair, o cümlədən hərbi-texniki sahədə təcrübə mübadiləsi ilə bağlı razılığa gəliblər.

Bunu Trend-ə açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib.

Onun sözlərinə görə, Tehran və Bakı, həmçinin terrorizmə və ekstremizmə qarşı mübarizə, sərhədlərin təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə ediblər.

Səfir qeyd edib ki, İran və Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı fəallaşdırmaq üçün birgə işçi qrupu yaratmağa razılaşıblar.

Gələcəkdə İrandan Azərbaycana mümkün hərbi texnika tədarükü ilə bağlı suala cavab verən M.Pakayin deyib ki, birgə işçi qrupuna daxil olacaq ekspertlər bu məsələni təhlil edəcək və hər iki tərəfin maraqlarına cavab verən qərar qəbul edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti