...

Bakıda İlham Əliyev və Fransua Ollandın görüşü keçirilib (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 25 Aprel 2015 08:33 (UTC +04:00)
Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə ölkəmizdə işgüzar səfərdə olan Fransa Prezidenti Fransua Ollandın görüşü keçirilib.
Bakıda İlham Əliyev və Fransua Ollandın görüşü keçirilib (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir Seymur Əliyev/

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizdə işgüzar səfərdə olan Fransa Respublikasının Prezidenti Fransua Ollandın görüşü olub.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollandı qarşıladı.

Dövlət başçıları birgə foto çəkdirdilər.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olundu. Əlaqələrimizin dinamik inkişaf etdiyi bildirildi. Son illərdə dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin daha da inkişafına təkan verdiyi vurğulandı. Tərəflərin əlaqələrin daha da genişlənməsində maraqlı olduğu bildirildi və bunun üçün böyük imkanların mövcudluğu qeyd edildi.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların son vəziyyəti ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollandın münaqişənin həlli istiqamətində göstərdiyi fəallıqdan məmnunluğunu ifadə etdi.

Görüşdə regional, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti