...

XİN: Azərbaycan Nepaldakı vətəndaşları ilə təmasları davam etdirir

Siyasət Materials 26 Aprel 2015 11:30 (UTC +04:00)
XİN-nin təlimatı əsasında Azərbaycan Respublikasının Hindistandakı Səfirliyi Nepalda baş vermiş təbii fəlakət ilə əlaqədar Nepaldakı Azərbaycan vətəndaşları ilə təmasları davam etdirir.
XİN: Azərbaycan Nepaldakı vətəndaşları ilə təmasları davam etdirir

Azərbaycan, Bakı, 26 aprel /Trend/

XİN-nin təlimatı əsasında Azərbaycan Respublikasının Hindistandakı Səfirliyi Nepalda baş vermiş təbii fəlakət ilə əlaqədar Nepaldakı Azərbaycan vətəndaşları ilə təmasları davam etdirir. Bunu Trend-ə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

İlkin məlumata əsasənn Nepalda 6-sı uşaq olmaqla, 14 Azərbaycan vətəndaşı arasında zəlzələ nəticəsində ciddi xəsarət halı qeydə alınmayıb. Azyaşlı uşaqlardan biri yüngül sıyrıq xəsarəti alıb və hal-hazırda vəziyyəti yaxşıdır.

Akkreditasiya dairəsinə Nepalın da daxil olduğu Azərbaycan Respublikasının Hindistandakı Səfirliyi vəziyyəti diqqətdə saxlayır.

Xəbər lenti

Xəbər lenti