...

Allahşükür Paşazadə: "Bu, özünü prezident adlandırana yaraşmaz"

Siyasət Materials 27 Aprel 2015 12:05 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə bu gün Türkiyənin Əziz Mahmud Hüdayi Vəqfinin fəxri başqanı Osman Nuri Topbaşın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Allahşükür Paşazadə: "Bu, özünü prezident adlandırana yaraşmaz"

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir Elçin Mehdiyev/

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə bu gün Türkiyənin Əziz Mahmud Hüdayi Vəqfinin fəxri başqanı Osman Nuri Topbaşın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend-in məlumatına görə, A.Paşazadə görüşdə Ermənistan prezidenti Serj Sarkisyanı siyasi riyakar adlandırıb.

A.Paşazadə S.Sarkisyanın bir neçə gün əvvəl qondarma "erməni soyqırımı" ilə bağlı İrəvanda etdiyi çıxışa toxunaraq qeyd edib ki, özünü prezident adlandıran şəxs tarixi faktları saxtalaşdıraraq siyasi riyakarlıq edib:

"Deyir ki, bu tədbiri dünyaya sülhün çatdırılması, ölkələrin dostluğu naminə keçirir. O zaman mən ondan soruşuram, əgər sən belə sülh carçısısansa, cəmi 23 il bundan əvvəl elə öz iştirakınla Xocalıda törədilən soyqırımı niyə dilə gətirmirsən?! Niyə bundan danışmırsan?! Axı sən özün də etiraf etmisən ki, Dağlıq Qarabağda azərbaycanlıları necə qırmısınız. Bu necə sülh və ədalətdir ki, 100 il əvvəlki bir hadisəni indi "soyqırımı" kimi dünyaya bayraq edirsən, amma Dağlıq Qarabağda azərbaycanlıların qanına susamağınızı görməməzliyə vurursan. Axı bu, ən azı siyasi riyakarlıqdır və özünü prezident adlandırana yaraşmaz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti