...

Prezident İlham Əliyev Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxış edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 28 Aprel 2015 10:05 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumunun rəsmi açılış mərasimi başlayıb.
Prezident İlham Əliyev Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxış edib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir Seymur Əliyev/

Aprelin 28-də Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumu işə başlayıb.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun rəsmi açılış mərasimində iştirak edir.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Forum "Yeni dünya düzənində etimadın yaradılması" mövzusuna həsr olunub.

Forumu Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açdı.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

Sonra Bolqarıstanın Prezidenti Rosen Plevneliev, Makedoniyanın Prezidenti George İvanov, Maltanın Baş naziri Cozef Muskat çıxış etdilər.

Almaniyanın Kansleri Angela Merkelin, Böyük Britaniyanın Baş naziri Devid Kemeronun, BMT-nin sabiq baş katibi Butros Butros-Qalinin, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin müraciətləri dinlənildi.

Daha sonra Latviyanın sabiq Prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa çıxış etdi.

Forumda dünyanı narahat edən məsələlər - etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi, dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu və bir sıra qlobal problemlər geniş müzakirə ediləcək, onların həlli yollarının tapılması istiqamətində müzakirələr aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti