...

Prezident İlham Əliyev: Təəssüflər olsun ki, bütün ölkələr beynəlxalq qanunlara hörmət etmir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 28 Aprel 2015 12:40 (UTC +04:00)
Azərbaycan dünyanın aparıcı beynəlxalq təşkilatı olan BMT Təhlükəsizlik Şurasına seçilən zaman, aydın şəkildə bəyan etdik ki, ədaləti və beynəlxaq qanunu müdafiə edəcəyik.
Prezident İlham Əliyev: Təəssüflər olsun ki, bütün ölkələr beynəlxalq qanunlara hörmət etmir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir Seymur Əliyev/

Azərbaycan dünyanın aparıcı beynəlxalq təşkilatı olan BMT Təhlükəsizlik Şurasına seçilən zaman aydın şəkildə bəyan etdik ki, ədaləti və beynəlxaq qanunu müdafiə edəcəyik. Təəssüflər olsun ki, bütün ölkələr beynəlxalq qanunlara hörmət etmir. Təəssüflər, ancaq bu, reallıqdır". Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 28-də Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumunın açılış mərasimində çıxışı zamanı deyib.

İlham Əliyev sonra deyib: "Bəzən elə görünür ki, beynəlxalq qanunlar yalnız müxtəlif vasitələrlə öz məqsədlərinə nail olmaqda kifayət qədər güclü olmayan ölkələr üçün məcburidir. Biz aydın şəkildə görürük ki, zaman-zaman dünyanın aparıcı ölkələri kobud şəkildə beynəlxalq qanunların normalarını pozur və bu da beynəlxalq münasibətlər sistemini pozur. Hesab edirəm ki, bu bizim çox açıq və aydın çəkildə həll etməli olduğumuz ən vacib məsələlərdən biridir və beynəlxalq münasibətlər sistemi, beynəlxalq qanunları gücləndirmək üçün biz öz imkanlarımızdan, intellektual potensialımızdan və dünyadakı nüfuzumuzdan istifadə etməyə çalışmalıyıq".

Prezident bildirib ki, beynəlxalq təşkilatların qətnamələrinə hörmət edilməlidir: "Bəzi hallarda beynəlxalq təşkilatların, yəni BMT Təhlükəsizlik Şurasının qətnamələri dərhal yerinə yetirilir, digər hallarda isə bu qətnamələr illərlə və onilliklərlə yerinə yetirilmir. Bu isə beynəlxalq qanunlarla ziddiyyət təşkil edir və ikili standartların bir qaydaya çevrilməsinə səbəb olur. Bir ölkə kimi biz bunun nə qədər acı olduğunu bilirik, çünki biz ikili standartlardan, beynəlxalq qanunların kobud şəkildə pozulmasından əziyyət çəkirik".



(Yenilənir)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti