...

Butros Qali: Bakı beynəlxalq ictimaiyyəti yeni ideya və konsepsiyalarla təmin edəcək

Siyasət Materials 28 Aprel 2015 14:10 (UTC +04:00)
Bakı Forumu etimad yaratmağa kömək edəcək və bir daha təsdiq edəcək ki, hazırda yeni bir şey lazımdır.
Butros Qali: Bakı beynəlxalq ictimaiyyəti yeni ideya və konsepsiyalarla təmin edəcək

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir Seymur Əliyev/

Bakı Forumu etimad yaratmağa kömək edəcək və bir daha təsdiq edəcək ki, hazırda yeni bir şey lazımdır. Trend-in məlumatına görə, bu barədə BMT-nin keçmiş baş katibi Butros Butros Qalinin Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunın iştirakçılarına ünvanladığı müraciətində deyilir.

Müraciətdə deyilir: "Ümid edirəm ki, Bakıda digər tədbir və konfranslar keçiriləcək, bunun sayəsində şəhər dünyada texniki tərəqqiyə təsiri nəzərə almaqla beynəlxalq ictimaiyyəti yeni ideya və konsepsiyalarla təmin edəcək mədəniyyət mərkəzinə çevriləcək".

B.B.Qalinin sözlərinə əsasən, bu yeni ideyalar yeni cəmiyyətin yaradılması üçün dünyaya kömək etməlidir: "Çünki biz hələ ki, köhnə prinsiplərə müvafiq hərəkət edən köhnə cəmiyyətdə yaşayırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti