...

XİN: Azərbaycan hələ də Avropanın ikili standartları ilə üzləşir

Siyasət Materials 28 Aprel 2015 16:15 (UTC +04:00)
Azərbaycan hələ də Avropa ölkələrinin ikili standart siyasəti ilə üzləşməkdədir.
XİN: Azərbaycan hələ də Avropanın ikili standartları ilə üzləşir

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir Səba Ağayeva/

Azərbaycan hələ də Avropa ölkələrinin ikili standartlar siyasəti ilə üzləşir. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Bakıda Avropa Şurası Nazirlər Komitəsinin sədri, Belçikanın xarici işlər naziri Didye Reynderslə keçirdiyi birgə brifinqdə deyib.

Onun sözlərinə görə, qanunu pozan şəxslərin saxlanılması kimi hallar Azərbaycanın ünvanına hücumlara səbəb olur.

Nazir qeyd edib ki, müəyyən şəxslər qanunu pozduqlarına, xüsusilə də vergidən boyun qaçırmaq və digər qanunsuz əməllərə görə saxlanılıblar.

E.Məmmədyarov Avropa institutlarını Ermənistanın təcavüzü nəticəsində pozulmuş Azərbaycan sərhədlərinin bərpasına, eləcə də qaçqın və məcburi köçkünlərin hüquqlarına daha çox diqqət ayırmağa çağırıb.

Nazirin sözlərinə görə, Riqada keçiriləcək "Şərq tərəfdaşlığı" sammiti Avropa İttifaqı və tərəfdaş ölkələr arasındakı hazırkı əməkdaşlığın vəziyyətini qiymətləndirməyə imkan verəcək: "Bu gün Azərbaycan və Aİ arasında əməkdaşlıq üçün bir çox sahə var. Azərbaycan bu əməkdaşlığı gələcəkdə də inkişaf etdirməyə hazırdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti