...

Ağ Evin qara piarı

Siyasət Materials 28 Aprel 2015 23:30 (UTC +04:00)
Azərbaycan Avropanı heç olmasa idman səviyyəsində birləşdirmək istəyən yeganə ölkədir.
Ağ Evin qara piarı

Azərbaycan xəbərlər xidməti

Elçin Mehdiyev - Trend:

Bayağı bir ifadə var - "tarix təkrarlanır". Bu ifadə günümüzdə ən əcaib formalara düşür. Əgər əvvəl Amerika Avropanın koloniyası idisə, indi hər şey əksinə təkrarlanır.

ABŞ-ın I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə maneə törətmək cəhdlərinə başqa cür ad vermək mümkün deyil.

Bu gün "vahid Avropa" elə dağınıq vəziyyətdədir, daxili problemlərə o qədər qərq olub ki, heç bir vahid fikrə, heç bir qabaqcıl keyfiyyətlərə malik olmadan Vaşinqtonun qarşısında aciz vəziyyətdə görünür. Təkcə siyasətdə yox, iqtisadiyyatda da bunu görmək olar. Lakin təcrübə göstərir ki, idmanda da belədir.

Bu məsələdə Avropanın mövqeyi qəribə görünür. O, sadəcə susur. Belə təəssürat yaranır ki, ilk Avropa Oyunlarına ev sahibliyi edəcək Azərbaycan Avropanı heç olmasa idman səviyyəsində birləşdirmək istəyən yeganə ölkədir.

Xüsusilə də, bu, Avropa İttifaqında və onun sərhədlərində baş verən siyasi-iqtisadi proseslərin işığında aydın görünür.

Əlbəttə, Azərbaycana münasibətdə Avropa Oyunları sadəcə bəhanədir. Belə bəhanələrdən biri də "Eurovision" müsabiqəsi idi. Və bundan sonra Azərbaycanda keçiriləcək digər irimiqyaslı müsabiqələr də bəhanə olacaq.

Əgər Qərbin Azərbaycana qarşı qarayaxma kampaniyasına xərclədiyi güc və vəsait münaqişələrin nizamlanmasına yönəldilsəydi, əminliklə deyə bilərik ki, təkcə Dağlıq Qarabağ münaqişəsi yox, postsovet məkanındakı bütün münaqişələr həllini tapardı. Bu gün Azərbaycan elə inkişaf sürəti götürüb ki, ən yaxşısı, bu qatarın qarşısında dayanmamaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti