...

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi sahədə yeni qurum yaradır (FOTO)

Siyasət Materials 4 May 2015 18:22 (UTC +04:00)
Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri rəhbərlərinin birinci görüşünün yekunlarına dair protokol imzalanıb.
Azərbaycan, Türkiyə və Gürcüstan hərbi sahədə yeni qurum yaradır (FOTO)

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İlkin İzzət/

Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri rəhbərlərinin birinci görüşünün yekunlarına dair protokol imzalanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Ankarada səfərdə olan Azərbaycannın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 4-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gedib.

Müdafiə naziri Atatürkün məzarını ehtiramla ziyarət edib, önünə əklil qoyub və Şərəf kitabına ürək sözlərini yazıb.

Sonra Türkiyə Baş Qərargahında Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri rəhbərlərinin birinci görüşü keçirilib.

Görüşdə üç ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlığın tənzimlənməsi məqsədilə Koordinasiya Qrupunun yaradılması qərara alınıb.

Qurumun məqsədi birgə təlimlər, kurslar və treninqlərin keçirilməsi, təhsil və tibb sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlərin əlaqələndirilməsi olacaq.

Görüşün yekunlarına dair protokol imzalanıb.

Qeyd edək ki, görüşdə hərbi sahədə üçtərəfli formatda əməkdaşlığın aparılması, regional sabitlik və təhlükəsizlik məsələlərinin müzakirəsi, o cümlədən enerjidaşıyıcılar, dəmiryol xətti və digər regional layihələrin təhlükəsizliyinin təmin edilməsi istiqamətində vəzifələrin müəyyənləşdirilməsi və onların praktiki icra mexanizmlərinin müəyyən edilməsi məsələlərinin müzakirə edildiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti