...

Tacikistanda ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbirlər keçiriləcək

Siyasət Materials 4 May 2015 21:45 (UTC +04:00)
Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov Tacikistan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Xudaberdi Xoliknazar ilə görüş keçirib.
Tacikistanda ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbirlər keçiriləcək

Azərbaycan, Bakı, 4 may /Trend/

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov Tacikistan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Xudaberdi Xoliknazar ilə görüş keçirib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin ildən-ilə dinamik inkişaf etdiyi, yüksək səviyyəli qarşılıqlı səfərlərin, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb.

A.Həsənov bildirib ki, cari ilin may ayında səfirliyin təşəbbüsü ilə Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə silsilə tədbirlər keçiriləcək.

Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq Azərbaycanın 20% torpaqlarının Ermənistan silahlı qüvvələrinin işğalı altında qaldığını, BMT TŞ-nin 4 qətnaməsinin bu günə qədər Ermənistan tərəfindən yerinə yetirilmədiyini qeyd edib.

Tərəflər 2013-cü ildə iki ölkənin Strateji Araşdırmalar mərkəzləri arasında imzalanmış əməkdaşlıq haqqında sazişə uyğun olaraq əməkdaşlığın, təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyini qeyd edərək, Qafqaz və Mərkəzi Asiyada, bütövlükdə Avrasiya məkanında baş verən bir sıra mühüm iqtisadi-siyasi layihələr barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Tacikistan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru X.Xoliknazarın 7-8 may 2015-ci il tarixlərində Bakı şəhərində keçiriləcək "Cənubi Qafqaz-Mərkəzi Asiya: Yeni İpək Yolu iqtisadi zona kontekstində" adlı konfransda iştirakı nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti